Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyunun 18-də gözlənilən hava şəraiti haqqında məlumat

İyunun 18-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Yağmursuz. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 20-24° isti, gündüz  28-33° isti,

Bakıda gecə 21-23° isti, gündüz  31-33°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  gecə 60-65 %, gündüz 30-35 % olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu  21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı,  dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz  33-38° isti, dağlarda gecə 15-20° isti,  gündüz 21-26°  isti təşkil edəcək.

18 2019 17:23 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə