Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin satışından borc qalıqları 19,8 dəfə artıb

Ötən il investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin satışından borc qalıqları 19,8 dəfə artıb

Keçən il investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından borc qalıqları 19,8 dəfə artıb.

Hesablama Palatasının mətbuat xidmətindən bildirilib ki, qurumun 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Rəyində Əmlak Məsələləri Dövlət Komitəsindən təqdim olunmuş məlumatlara əsasən, özəlləşdirilmədən daxilolmalar üzrə hesabat dövrlərinin sonuna hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqların (o cümlədən ödəmə vaxtı çatmış borcların) 2016-2017-ci illərdə kəskin artdığı halda, 2018-ci ildə həmin qalıqların ümumi məbləğinin 16 milyon 531,9 min manatdan 13 milyon 898,5 min manatadək azaldığını qeyd edilib. Eyni zamanda, rəydə həmin qalıqlardan 2018-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından borc qalıqlarının 291 min manatdan 6 milyon 55 min manatadək, yəni 5 milyon 764 min manat artdığı bildirilir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

18 2019 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə