Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

1993-cü il iyunun 15-i Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

1993-cü il iyunun 15-i Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkə tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Onun qətiyyəti, müdrik siyasəti nəticəsində ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas oldu, siyasi sabitlik və inkişaf əldə edildi.

1993-cü ilin iyununda Azərbaycanda hakimiyyət boşluğu, xaos hökm sürürdü. Ölkədə vəziyyət gündən-günə kəskinləşirdi və Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin müxtəlif yerlərində separatçılıq meyilləri baş qaldırırdı. Məqsəd Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək idi. Belə bir ağır vəziyyətdə xalq yeganə qurtuluş yolunu Heydər Əliyevdə görürdü. Beləliklə, xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Ulu Öndərin müdrik siyasəti nəticəsində ölkə siyasi böhrandan, parçalanmaq təhlükəsində xilas olaraq, sabitlik və inkişaf yoluna qədəm qoydu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, onun apardığı qətiyyətli, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olub, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakarlığı, şərəfli ömür yolu doğma xalqımız üçün Vətənə xidmət nümunəsinə çevrilib.

 

Kənan AĞALIYEV,
Bakı Dövlət Universitetinin tələbəsi

18 2019 16:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə