Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Bakıda keçirilən tədbirdə Ümumdünya Turizm Təşkilatının sıralarına yenidən qayıdacağını bəyan edib

ABŞ Bakıda keçirilən tədbirdə Ümumdünya Turizm Təşkilatının sıralarına yenidən qayıdacağını bəyan edib

Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında dünyanın 5 qitəsindən 40 ölkənin nümayəndələri iştirak edib.

İyunun 16-18-də Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib ki, tədbir iştirakçılarına Azərbaycanda qalmağı, mədəniyyəti ilə tanış olmağı, mətbəxini dadmağı tövsiyə edib: "Azərbaycan neft istehsal edən dövlət kimi bu potensialı ölkənin turizm məkanına çevrilməsi üçün istifadə edib. Azərbaycan daha böyük beynəlxalq tədbirləri keçirməyə hazırdır".

Z.Pololikaşvili qeyd edib ki, Bakıda keçirilən tədbirə ABŞ-dan böyük nümayəndə heyəti qatılıb: "23 il əvvəl ABŞ Ümumdünya Turizm Təşkilatını tərk edib, nümayəndə heyəti təmsil etdiyi ölkənin Ümumdünya Turizm Təşkilatına qayıdacağını elan etdi. Bizim ABŞ-ın dəstəyinə böyük ehtiyacımız var".

 

“Xalq qəzeti”

18 2019 15:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə