Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankarada Azərbaycan Milli Qurtuluş Gününə həsr olunan beynəlxalq rəqs və incəsənət şöləni keçirilib

Ankarada Azərbaycan Milli Qurtuluş Gününə həsr olunan beynəlxalq rəqs və incəsənət şöləni keçirilib

Ankarada 15 iyun Milli Qurtuluş Günü və Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan beynəlxalq rəqs və incəsənət gecəsi keçirilib. Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayan aparıcı Ülkər Piriyevanın aparıcılığı ilə baş tutan toplantıda Türk dünyasının böyük şəxsiyyəti, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xilaskar missiyası, Milli Qurtuluş Gününün müstəqil Azərbaycan tarixindəki yeri və önəmi ilə bağlı geniş məlumat verilib.

Çıxışlarda ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanın tarixində yeni bir mərhələ olduğu vurğulanıb, dahi şəxsiyyətin xilaskarlıq missiyasından bəhs edilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında danışan natiqlər dünya şöhrətli siyasi xadimin Azərbaycan-Türkiyə münasibətləri və türk dünyasında birliyin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndiriblər.

Kərkük Yeni Tisin Bələdiyyə sədri Necdet Şükrü Akkoyunlu, Bursa Axısqalı Türklər Birliyi Başkanı Şəmsəddin Hamitoğlu, Turan Ulusal Türk Uygarlığının sədri  Derviş Recep Var, Afyonkarahisar 21. Dönem MHP millət vəkili Müjdat KAYAYERLİ, EkoAvrasya sədrinin vəkili və Ukrayna Koordinatoru Kemal Kurnaz, Sebilürreşad Dərgisi redaktoru Mehmet Poyraz, newstime Türkiyə təmsilçisi Kərim Akbak, Dünya Yazarlar Aydınlar Dərnəyinin sədri Dr. Osman Baş, İLESAM İdarə heyətinin üzvü Durak Turan DÜZ kimi bir çox QHT rəhbərlərinin və digər vacib qonasqların iştirak etdiyi beynəlxalq şöləndə Türk dünyasının gələcək perspektivləri də müzakirə olunub.

Anka Azərbaycan Rəq və Sənət Kulubunun sədri, THOF Azərbaycan təmsilçisi Derya Akdemirin bir müddət bundan əvvəl nəşr olunan ‘’Susdum’’ adlı kitabı ilə bağlı çıxış edən yazıçı - jurnalist Oktay Hacımusalı kitabın Azərbaycan – Türkiyə qardaşlığınnı ədəbi – mədəni baxımından inkişaf etdirilməsinin önəminə toxuaraq bu gün bu cür ədəbi əlaqələrin çox vacib olduğunu xüsusi ilə vurğulayıb.     

Daha sonra “ANKA” Azərbaycan Rəqs və Sənət Klubunun təşkil etdiyi mədəniyyət və sənət şöləninə qatılan folklor qruplarının çıxışı olub. Azərbaycan, Türkiyə, Şimali Makedoniya, İraq türkmənləri və Kipr türklərini təmsil edən qruplar bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.

Azərbaycanın dünyada mədəniyyət vasitəsi ilə təbliğ edilməsi məqsədilə yaradılan “ANKA” klubunun çıxışı böyük maraqla qarşılanıb. Sonda “Anka” Azərbaycan Rəqs və Sənət Klubunun rəhbəri Dərya Akdemir çıxış edərək iştirakçılara öz təşəkkürünü bildirib, tədbir proqramı iştirakçılara diplomların təqdim olunması ilə başa çatıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə