Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə ilk dəfə “Məhdudiyyətsiz” inklüzivlik hakatonu təşkil ediləcək

Ölkəmizdə ilk dəfə “Məhdudiyyətsiz” inklüzivlik hakatonu  təşkil ediləcək

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi iyunun  28-30-da  Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu  təşkil edəcək. Bu barədə BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyindən bildirilib.

“Məhdudiyyətsiz” (“Unlimited”)  adı altında keçirilən Hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək üçün innovativ yeniliklər yaratmaqda kömək edəcək.

Hazırda dünya əhalisinin 15%-dən çoxunu əlilliyi olan insanlar təşkil edir. Məlumata görə, Azərbaycanda əlilliyi olan insanların sayı 620,000 nəfər, yaxud əhalinin təxminən 6%-i nisbətindədir. Onlar 1.3 milyon təqaüdçünün təxminən 30%-ni, eyni zamanda yetkinlik yaşına çatmayan və əlilliyə görə müavinət alanların 60%-ni təşkil edirlər. Əlilliyi olan insanlar gündəlik həyatda hər gün bir sıra çətinliklərlə üzləşir və maneələrlə rastlaşırlar ki, bu çətinliklər çox zaman geniş əhalinin nəzərindən yayınır: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, əlilliyi olan insanların ən çox üzləşdikləri çətinliklərə onlara qarşı cəmiyyətdə olan münasibət, fiziki məhdudiyyətlər,sosial faktorlar, əlçatan infrastrukturun, o cümlədən rabitə və nəqliyyat sistemlərinin olmaması habelə qanunvericiliklə bağlı və siyasi dəstəyin kifayət qədər olmaması kimi məqamlar aiddir. Çox vaxtı əlilliyi olan insanlar eyni zamanda bir neçə maneə ilə üzləşirlər.

Bu maneələri qeyri-ənənəvi yolla aradan qaldırmaq məqsədilə, BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi  “Məhdudiyyətsiz” konsepsiyası altında ikigünlük İnklüzivlik Hakatonu təşkil edir.

48 saat fasiləsiz davam edəcək bu tədbirin əsas məqsədi, Azərbaycanda əlilliyi olan insanların təcrübəsində rast gəlinən çətinlikləri göstərərək, bu çətinlikləri aradan qaldırmaq üçün ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanları bir araya gətirməkdən ibarətdir. Həll yolları dedikdə müxtəlif innovative xidmərlər və məhsullar nəzərdə tutulur (məsələn, tətbiqi proqramlar, vebsaytlar, elektron məhsullar). Əlilliyi olan insanların yaşayışını yaxşılaşdırmaq üçün Hakaton iştirakçıları 48 saat ərzində öz ideyalarını praktiki prototiplərə çevirmək üçün təlimatçılar qrupu tərəfindən ideya dizaynının əsaslarını və sirrlərini mənimsəyəcəklər. Proqramda iştirakçı qismində qatılmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri, əlilliyi olan insanlar, texnologiya sahəsinin peşəkarları və yüksək motivasiyası olan gənclər və ümumilikdə həvəsli insanlar iştirak edə bilərlər.

Proqramda həmçinin  hakatona qoşulmağa maraq göstərən icma fəalları və könüllülər, veb tərtibatçılar, dizaynerlər, veb proqramçılar, əlilliyi olan şəxslər, jurnalistlər və hökumət qurumlarında çalışan insanlardan müraciətlərin qəbulu üçün elan edilir.

Qeydiyyata alınanlar intensiv iş şəraitində qrup şəklində işləyəcək və əlilliyi olan insanların problemləri və ehtiyacları barədə məlumatlılığın artmasına şərait yarada bilən, habelə onlar üçün bu problemlərin həllinə kömək edən bir sıra praktiki prototiplər hazırlayacaqlar. 

Qalib gələn ideya 5,000 Azərbaycan manatı məbləğində mükafat qrantı alacaq və mükafatdan sonrakı üç ay müddətində peşəkar təlimatçı yönləndirməsindən yararlanacaq. Üç ay müddətində prototipin tətbiqi tamamlanmalıdır. Üç ay müddəti bitdikdə yeni icad edilən tətbiqin artıq işlək vəziyyətdə olması nəzərdə tutulur.

Hakaton İncəsənət Muzeyində keçiriləcəkdir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə