Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Unudulmayanlar" layihəsi Şirvan xanəndəsinə həsr olunub

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti buraxılışı məşhur Şirvan xanəndəsi Mirzə Məhəmmədhəsənə  həsr edilib. Olaylar.az bildirir ki, tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılacaq, tanınmış xanəndələrin ifaları təqdim edilib.

Şamaxı torpağının yetirməsi olan məşhur xanəndə həm də  "Nalə" adlı şeirlər kitabının, "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifidir. Xanəndə  1917 -ci ildə  vəfat edib.

Qeyd edək ki, BMM muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşır. "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2019 12:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə