Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük bəstəkar Arif Məlikovun Fəxri xiyabanda məzarı ziyarət olunub

Böyük bəstəkar Arif Məlikovun Fəxri xiyabanda məzarı ziyarət olunub

Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovun (1933-2019) vəfatının 40-cı günü münasibətilə sənətkarın 1-ci Fəxri xiyabanda məzarı ziyarət olunub. Mərhumun məzarı üzərinə əklil qoyulub, tər çiçəklər düzülüb.

Mərasimdə Arif Məlikovun uzun illər çalışdığı Bakı Musiqi Akademiyasının (BMA) əməkdaşları, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Anım mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli bəstəkarın sənət yolundan danışdı, onun yaradıcılığı yüksək qiymətləndirib. “Arif Məlikov böyük bəstəkar idi. Onun hər bir əsəri şedevr idi.

Xalq musiqisi əsasında böyük simfoniyalar yaratmışdı. Mən əminəm ki, onun ənənələrini gələcəkdə tələbələri layiqincə davam etdirəcək. Xoşbəxtəm ki, onunla birlikdə çalışmışam. Bəstəkarlar dünyasını dəyişsə də, onların musiqisi əbədi yaşayır”, - deyə rektor bildirib.

BMA-nın prorektoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə Arif Məlikovun ictimai fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, görkəmli bəstəkar bir deputat, ictimai xadim kimi Azərbaycan xalqının haqq səsinin dəstəklənməsinə böyük töhfələr verib.

Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyev böyük sənətkarın tələbələrindən olması ilə fəxr etdiyini deyib. Bildirib ki, Arif Məlikov tələbələrinə həmişə qayğıkeş münasibət bəsləyib: “Bəstəkarın musiqisini dinləyərkən, mümkün deyil ki, onun sehrinə düşməyəsən. Bütün əsərləri mükəmməl idi. Çünki bu əsərlərin daxilində Arif müəllimin qanı və canı ilə yoğrulmuş böyük bir şəxsiyyətin dühası var”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2019 12:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə