Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Səninlədir, Sənsiz deyil”

“Azərbaycan Səninlədir, Sənsiz deyil”

Binəqədidə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi və 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə orta ümumtəhsil məktəbləri şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir, Sənsiz deyil” IX yaradıcılıq festivalı keçirilib. 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, ­Milli Məclisin deputatları Kamaləddin Qafarov, Madər Musayev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayonun hüquq- mühafizə orqanları və icra strukturlarının, müvafiq təhsil müəssisələrinin rəhbərləri, gənclər, ictimaiyyət nümayəndələri, “ASAN könüllüləri” və digər qonaqlar iştirak ediblər. 
Festivalın aparıcıları qonaqları salamladıqdan sonra Dövlət himni səsləndirilib və tədbir “Azərbaycan” mahnısı ilə açıq elan olunub. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 
Tədbirin bədii hissəsindən sonra çıxış edən Elxan Allahverdiyev, Elmin İmanov və Raqif Abbasov ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini bildiriblər. 
Natiqlər qeyd ediblər ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanılıb. Dahi öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, digər tərəfdən isə bütün siyasi və diplomatik vasitələr işə salınaraq, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub. Bu gün dahi şəxsiyyətin həyatımızın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ümummilli liderin fəaliyyəti və şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edib. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün iftixar hissi ilə vurğulaya bilərik ki, ulu öndərin siyasi irsi onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətli inkişaf yolu ilə daha xoşbəxt gələcəyə doğru irəliləyir.

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

 

14 2019 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə