Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı AÇIQ TENDER ELAN EDİR

DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı  AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. Dəftərxana ləvazimatlarının satın alınması.
Lot-2. Təsərrüfat malları və yuyucu vasitələrin satın alınması
Lot-3. Tibbi tullantıların daşınması xidmətinin satın alınması
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənıb imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvandan (əlaqələndirici şəxs – Aygün Kərimovadan, telefon – (012) 5626203) DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının nümayəndəliyindən ala bilərlər.
Adı- DİN-in Respublika Hospitalı
VÖEN- 1500395041
ADI- Dövlət Xəzinədarlıq Agentliyi
KOD- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T. BIK. CTREAZ22
İBAN- AZ95CTRE 00000000000002077703
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22 iyul 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 iyul 2019-cu il saat 15.00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 31 iyul 2019-cu il saat 15.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

15 2019 03:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 İyul 2019 | 01:43
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə