Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paris Türkiyənin Suriya siyasətini təqdir edir

Paris Türkiyənin Suriya siyasətini təqdir edir

Ankarada Fransa və Türkiyənin xarici işlər nazirləri görüşərək bir sıra mühüm regional və qlobal problemləri müzakirə ediblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Fransanın xarici işlər naziri Jan-İv Le Drian türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, rəsmi Paris Ankaranın Suriya ilə bağlı siyasətini düzgün hesab edir.  
Jan-İv Le Drian həmçinin vurğulayıb ki, Fransa və Türkiyə terrorizmə qarşı birlikdə mübarizə aparırlar ki, bu sahədəki sıx əməkdaşlıq ikitərəfli əlaqələrin güclənməsinə müsbət təsir göstərir.   
Nazir sonra qeyd edib ki, PKK ilə mübarizə Ankara üçün prioritet olaraq qalır və bu prosesdə Fransa dövləti Türkiyəyə mümkün  dəstəyini göstərməyə hazırdır. 
Suriyadakı mövcud vəziyyəti şərh edən fransalı nazir bildirib ki, rəsmi Paris İdlibdə humanitar fəlakətin qarşısının alınması üçün hərbi əməliyyatların dayandırılmasını vacib sayır. O deyib: “Biz bir daha Bəşər Əsəd rejimindən İdlibin dinc sakinlərinə qarşı hücumları dayandırmağı tələb edirik. Təəssüf ki, hücumlar davam edir”. 
Le Drianın fikrincə, Suriyanın şimal-şərqində İŞİD terrorçularının mövqelərini bərpa etməsinə imkan verməmək üçün yerli idarəetmə sistemini formalaşdırmaq lazımdır.  
Fransanın xarici işlər naziri etiraf edib ki, bir sıra regional məsələlər üzrə Parislə Ankara arasında fikir ayrılıqları mövcuddur. Bunların konkret olaraq hansı məsələlər olduğu açıqlanmayıb. 

M.HACIXANLI, “Xalq qəzeti” 

14 2019 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə