Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrail Qəzza sektoruna yenidən hava zərbələri endirib

İsrail Qəzza sektoruna yenidən hava zərbələri endirib

İsrail aviasiyası HƏMAS-ın Qəzza sektorundakı bir neçə hərbi obyektinə zərbə endirib. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, zərbələr ölkənin raket atəşinə tutulmasına cavab olaraq endirilib. Məlumatı TASS verib.
“İyunun 13-də axşam saatlarında Qəzzadan İsrail ərazisinə raket atılıb. Buna cavab olaraq iyunun 14-nə keçən gecə İsrailin müdafiə ordusunun qırıcıları və digər uçuş aparatları HƏMAS-ın Qəzzadakı hərbi düşərgələrinin və hərbi dəniz bazasının terror infrastrukturuna zərbələr endirib”, -- deyə məlumatda bildirilir. 
Məlumata görə, İsrail ordusu ölkə vətəndaşlarına zərər verəcək hər hansı cəhdə qarşı bu cür cavab verməkdə davam edəcək və əgər gələcəkdə Qəzza sektorundan belə hadisələr təkrarlanarsa, buna görə HƏMAS məsuliyyət daşıyacaq. 
İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfeld deyib ki, iyunun 13-də atılan raket Sderot şəhərinin ərazisindəki sinaqoqun və dini məktəbin binasına düşüb. İnsident nəticəsində insan itkisi olmayıb. 
Qeyd edək ki, bundan iki gün əvvəl – iyunun 12-də axşam saatlarında da Qəzza radikalları tərəfindən İsrail ərazisinə raket atılmış, buna cavab olaraq iyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın Qəzzadakı yeraltı strukturuna zərbələr endirmişdi. 
Bu ay ərzində sektordan İsrail ərazisinə atılmış ilk raket isə ölkənin “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən tutulmuşdu. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

14 2019 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə