Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni zenit-raket kompleksi sınaqdan keçirilib

Yeni zenit-raket kompleksi sınaqdan keçirilib

Rusiyanın Həştərxan vilayətinin Kapustin Yar poliqonunda ilk dəfə olaraq “Tor-M2DT” zenit-raket kompleksindən havada yüksək sürətlə manevr edən şərti düşmən hədəflərinə atəş açılıb.
 “Zvezda” telekanalı sınaqların video görüntüsünü nümayiş etdirib. Telekanalın məlumatına görə, atəş aktiv radiopozuntu şəraitində aparılıb.
Qeyd edək ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin keçirdiyi təlim zamanı komplekslərdən açılan atəş nəticəsində müxtəlif istiqamətlərdə buraxılmış, yuxarı və aşağı yüksəkliklərdə uçan bütün hədəflər məhv edilib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

14 2019 23:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə