Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri vətəndaşları qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 28 iyun 2019-cu il tarixində saat 09:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan Quba şəhəri, Heydər Əliyev prospekti) Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

28 iyun 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Xaçmaz rayonunda, nazir müavini Rauf Hacıyev isə Siyəzən rayonunda vətəndaşlarla görüşəcək.

Ekologiya və Təbii sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, vətəndaşların qəbulu Xaçmaz rayonunda Xudat şəhəri, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında (ünvan Xaçmaz rayonu, Xudat şəhəri 4-cü şöbə) və Siyəzən rayonunda isə Siyəzən meşəbəyliyinin inzibati binasında (ünvan Siyəzən şəhəri, Cəfər Cabbarlı 2) saat 09.00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Xaçmaz rayonu Xudatı şəhəri, 4-cü şöbə) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 023-32-3-00-14, 070-232-33-45, 055-225-11-54) xahiş olunur.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

14 2019 17:29 - EKOLOGİYA
EKOLOGİYA
15 İyul 2019 | 16:20
Görüş keçirilib
11 İyul 2019 | 15:33
Italiyada apelsin boyda dolu

Köhnə versiyamızdan xəbərləri izlə