Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görədil kənd sakinləri üçün növbəti səyyar-qəbul keçirilib

Görədil kənd sakinləri üçün növbəti səyyar-qəbul keçirilib

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbuldan öncə sözügedən kənd ərazisində yeni inşa olunan və hazırda tamamlama işləri görülən Görədil kənd uşaq bağçasına baxış keçirilib. Bildirilib ki, 4 qrupluq, 80 yerlik olan bağçada tikinti işləri başa çatıb. Qeyd edilib ki, bağçada yataq, oyun, musiqi, həkim otaqları ilə yanaşı texniki otaqlar da fəaliyyət göstərəcək. Bildirilib ki, bağçanın həyətində söhbətgahlar quraşdırılıb və uşaqların təlim-tərbiyəsi üçün bütün lazımi şərait qurulub.

Bundan sonra Görədil kənd məktəbinin inzibatı binasında baş tutan qəbulda rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.

Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını qeyd edib.

Abşeron RİH başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Hümmətov, Görədil bələdiyyəsinin sədri  Arif  Məşədiyev çıxış edərək həyata keçirilən abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2019 16:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 20:44
Hava proqnozu
18 Sentyabr 2019 | 20:39
Krit Universiteti birincidir
18 Sentyabr 2019 | 20:39
Qaçqın axını artıb
18 Sentyabr 2019 | 20:38
Türk pilot kosmosa uçacaq

Köhnə versiyamızdan xəbərləri izlə