Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçiriləcək

Gədəbəydə “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçiriləcək

İyunun 25-də  “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşkilatçılığı ilə Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçiriləcək.

Seminarın məqsədi əhalinin QİÇS-ə qarşı məlumatlılığını daha da artırmaq və ilkin müayinənin insan həyatı üçün vacibliyini izah etməkdir. Tədbirdə QİÇS-lə bağlı əhali daha çox məlumat əldə edəcək və QİÇS müayinəsindən keçiriləcək. Tədbirdə Gədəbəy sakinləri, həkimlər, o cümlədən millət vəkilləri də  iştirak edəcəklər. Tədbir iştirakçıları arasında mövzu ilə bağlı fikir mübadiləsi aparılacaq, iştirakçıları maraqlandıran suallara cavab veriləcək.

Qeyd edək ki,  Qazanılmış İmmun Çatışmazlığı Sindromu - İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. Bir çox insan ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır. Bununla əlaqədar olaraq QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdır.

 

Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti”

14 2019 16:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə