Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ilin yanvar-may aylarında 19,6 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Cari ilin yanvar-may aylarında 19,6 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,0 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 2,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 40,4 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 47,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, mebel istehsalı 45,8 faiz, rezin və plastik kütlə məmulatlarının, kağız və karton istehsalının hər biri 32,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, hazır metal məmulatlarının istehsalı 21,1 faiz, qida məhsullarının istehsalı 20,5 faiz, poliqrafiya məhsullarının istehsalı 19,5 faiz, əczaçılıq məhsullarının istehsalı 16,8 faiz, maşın və avadanlıqların istehsalı 15,8 faiz artmış, geyim istehsalı 0,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 7,9 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,0 faiz artmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

14 2019 14:50 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti
1 İyul 2019 | 18:30
Yeni asteroid təhlükəsi

Köhnə versiyamızdan xəbərləri izlə