Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
№ 265 Bakı şəhəri, 11 iyun 2019-cu il
 
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 740; 2006, № 7, maddə 640, № 9, maddə 815; 2011, № 1, maddə 61; 2012, № 5, maddə 468; 2014, № 9, maddə 1129; 2015, № 12, maddə 1589; 2018, № 7 (II kitab), maddə 1643) 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsindən “Sarıcalinskaya Elmira Yaqub qızı – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kadrlar və ixtisasartırma idarəsinin rəisi” sözləri çıxarılsın və həmin bölməyə “Hüseynov Hüseyn İsmayıl oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hüquqi təminat idarəsinin rəisi” sözlərindən sonra “Ələkbərli Vüsal Ziyad oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi” sözləri əlavə edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə