Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
№ 264 Bakı şəhəri, 11 iyun 2019-cu il
 
“Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ­2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  11 iyun

tarixli 264 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi

 

QAYDASI

 

  1.  Ümumi müddəa

 

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-25.2-ci maddəsinə əsasən hazırlan-mışdır və tibb təchizatçısı və ya tibbi ərazi bölməsi (bundan sonra – təchizatçı) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydasını müəyyən edir.

 

  1.  Qaydanın əhatə dairəsi və müddəti

 

2.1. Bu Qayda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) ilə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin nümunəvi formasına uyğun olaraq müqavilə (bundan sonra – müqavilə) bağlamış təchizatçılara şamil edilir və müvafiq təchizatçı üçün həmin müqavilənin qüvvədə olduğu müddətdə  etibarlıdır.

 

  1.  Təchizatçı tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabata

daxil olan məlumatlar

 

3.1.Təchizatçı tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş hesabat formasına daxil edilən məlumatlar aşağıdakılardır:

3.1.1. təchizatçının adı və hüquqi ünvanı (ünvanı);

3.1.2. təchizatçının Agentliklə bağladığı müqavilənin tarixi və nömrəsi;

3.1.3. hesabatın təqdim olunduğu dövr;

3.1.4. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növü və sayı;

3.1.5. icbari tibbi sığorta çərçivəsində tibbi xidmət göstərilmiş sığortaolunanların sayı;

3.1.6. sığortaolunanın təchizatçıya müraciət müddəti;

3.1.7. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin məbləği (ƏDV daxil edilməklə);

3.1.8. azadolma məbləği (ƏDV daxil edilməklə);

3.1.9. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmət üzrə sığorta ödənişinə təqdim edilmiş məbləğ (ƏDV daxil edilməklə);

3.1.10. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə sığorta ödənişinə təqdim edilmiş ümumi məbləğ (ƏDV daxil edilmədən);

3.1.11. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə tətbiq edilən ƏDV;

3.1.12. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə sığorta ödənişinə təqdim edilmiş ümumi məbləğ (ƏDV daxil edilməklə).

 

  1.  Təchizatçı tərəfindən hesabatın təqdim edilməsi qaydası

 

4.1. Təchizatçılar hər ayın 15-dən gec olmamaq şərtilə ötən təqvim ayı üzrə icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabatı təchizatçı fiziki şəxs olduqda imzası, hüquqi şəxs olduqda rəhbərin imzası və möhürü ilə təsdiq etməklə Agentliyə təqdim edirlər.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə