Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərin tarixi xidmətlərini heç vaxt unutmayacağıq

Ulu öndərin tarixi xidmətlərini heç vaxt unutmayacağıq

1993-cü ilin 15 iyunu Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Bu tarixi hadisənin xalqımızın taleyində olduqca böyük əhəmiyyət daşıdığını hər birimiz yaxşı dərk edir və layiqincə qiymətləndirməyə çalışırıq. Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Leyla Gərayzadə bu barədə öz fikir və düşüncələrini bizimlə bölüşdü: 

– Azərbaycan və Heydər Əliyev sözləri hamı kimi mənim üçün də xüsusi məna və dəyər təşkil edir. Axı bu dahi siyasətçi Azərbaycanı ən ağır təhlükələrdən qoruyub. Onun titanik səyləri ilə Azərbaycan xalqının minillik arzusu olan istiqlalımızın dönməzliyi və əbədiliyi təmin olunub. 
Heydər Əliyev Azərbaycanı sonsuz məhəbbətlə sevirdi. O, öz dərin zəkası, tükənməz enerjisi ilə xalqımızın adını hər yerdə ucaldırdı. Məhz Heydər Əliyev 1993-cü illərin əvvəllərində, Vətənin dar günlərində millətinə həyan oldu. O, tarixə Böyük xilaskar kimi düşdü. Qədirbilən xalqımız bunu heç vaxt unutmayacaq! 
Heydər Əliyev Azərbaycan xalqının böyük potensialına bələd idi, ondan yüksək səviyyədə bəhrələnirdi. O, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinə rəğbətlə yanaşırdı.
Heydər Əliyev üçün doğma yurdun hər qarışı, hər dağı, hər dərəsi, çayı, bulağı əziz idi. O, haqlı olaraq hesab edirdi ki, ölkəsinin ən böyük sərvəti istedadlı, vətənpərvər insanlarıdır. Ulu öndər istedadlı gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdı. 
Son illərdə xoşbəxtlikdən, Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, səriştəli rəhbərliyi ilə Azərbaycan günbəgün tərəqqi edir. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti”

 

14 2019 00:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə