Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müasir Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Müasir Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Hər bir ölkənin tarixində onun liderlərinin, ölkə başçılarının tutduğu mövqe və apardıqları siyasət önəm kəsb edən faktorlardandır. Çünki həm dövlətin yüksəlişi, həm də mövcud problemlərin aradan qaldırılması, eyni zamanda, hər bir dövlətin qarşısındakı çağırışlara cavab verməsi üçün liderin rolu və mövqeyi çox vacibdir. Bu baxımdan məsələləri təhlil edərkən ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində misilsiz rol oynadığını görməmək mümkün deyil. 

Azərbaycan dövlətçiliyi hər zaman tarixdə çətin sınaqlar qarşısında qalıb: 1990-cı ilin əvvəllərində Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə ölkəmiz çox çətin vəziyyətə düşmüşdü. Həmçinin Azərbaycanı parçalamaq istəyən digər qüvvələr də var idi. Belə bir dövrdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan üçün xilaskar rolunu oynadı və nəticəsi də, bu gün göz qabağındadır. Heydər Əliyev siyasi kursu nəticəsində yeni Azərbaycanın təməli qoyuldu. Bu gün, onun qurduğu dövlətin apardığı balanslı və rasional xarici siyasət nəticəsində Azərbaycan bütün çağırışlardan və ona qarşı olan bütün təhdidlərdən alnıaçıq, üzüağ çıxmışdır. 
1993-cü ilə qədər ölkəmizin düşdüyü xaos vəziyyəti, siyasi intriqalar, iqtidarda olan ­AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində ölkə amansız problemlər məngənəsində əzilirdi. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz bu böhrandan xilas oldu. Ümumilikdə, o illərdə Azərbaycan bəzi qüvvələr tərəfindən çox böyük təhdidlərlə qarşılaşmışdı. Həmin ərəfədə rasional siyasətə ehtiyac var idi ki, bunun da öhdəsindən yalnız ümummilli lider Heydər Əliyev gəldi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini, sözsüz ki, bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu böyük şəxsiyyətin misilsiz xidmətləri ilə bağlı çoxlu kitab yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir nəşr, eyni zamanda, məqalə bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, müasir Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə ­bağlıdır. 
Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. 

 

Zaur Məmmədov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

 

14 2019 00:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə