Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jurnalistlərin “Yanardağ” səfəri

Jurnalistlərin “Yanardağ” səfəri

İyunun 13-də Dövlət Turizm Agentliyi ölkə kütləvi informasiya vasitələrinin 40-a yaxın əməkdaşının iştirakı ilə “Yanardağ” Dövlət Tarix və Mədəniyyət Qoruğuna mediatur təşkil edib.

Agentliyin ölkə KİV-nin təmsilçilərinə açıqlamasında bildirilib ki, mediaturun məqsədi aparılan əsaslı bərpa və yenidənqurma işlərindən sonra yeni konsepsiyaya uyğun olaraq qurulan “Yanardağ” qoruğu barəsində ictimaiyyəti məlumatlandırmaqdır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə qoruğun yeni quruluşu və qoruq üçün gələcəkdə nəzərdə tutulan planlar haqda ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Jurnalistlərə qoruq bələdçiləri tərəfindən dolğun informasiya verilib.

Xatırladaq ki, bir gün əvvəl ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə əsaslı təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix və Mədəniyyət Qoruğunun açılış mərasimi keçirilib.

R.TAHİR,

“Xalq qəzeti”

 

13 2019 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Fevral 2020 | 23:23
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə