Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakılı məktəbliyə dünyanın 15 universitetinindən dəvət gəlib

Bakılı məktəbliyə dünyanın 15 universitetinindən dəvət gəlib

Bakıdakı 160 nömrəli Klassik Gimnaziyanın builki məzunu Kamil Məhərrəmov dünyanın 15 universitetindən təhsil dəvəti alıb.

Kamil indiyədək bir sıra ilklərə imza atıb. O, Azərbaycanda 6 fənn üzrə olimpiadasında ilk üçlüyə daxil olan yeganə şagirddir. V sinifdən olimpiadalarda iştirak edən Kamilin Beynəlxalq Multikulturalizm Olimpiadasında rusca yazdığı esse 150 min yazı arasında I yerə layiq görülüb.

Bu uğurlarından sonra o, paytaxtın nüfuzlu orta məktəblərinə dəvət alıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qəbul imtahanında  iştirak edib və 50 baldan 49-u toplayıb 20 ildən çox fəaliyyət göstərən bu məktəbin  ingilis bölməsində tam təqaüdlə pulsuz oxuyan yeganə şagird olub.

Kamil idmanla da peşəkar səviyyədə məşğul olub. O, 12 yaşına kimi boks, karate, daha sonra isə basketbolla məşğul olub. Respublika üzrə dərəcələri olan Kamil 2017-ci ildən milli komandanın üzvüdür.

Dünyanın 15 universitetindən təhsil almaq üçün dəvət alan, Amerikanın 3 universitetinə təqaüdlə qəbul qazanan Kamil Məhərrəmovun əsas hədəfi dünyanın ilk beşliyində olan universitetlərdən birində tibb təhsili almaqdır.

R.TAHİR,

“Xalq qəzeti”

 

13 2019 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə