Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Keçən il ölkə iqtisadiyyatına 15,3 milyard dollar investisiya yatırılıb

Keçən il ölkə iqtisadiyyatına 15,3 milyard dollar investisiya yatırılıb

Ötən il ölkə iqtisadiyyatına 8,2 milyard dolları xarici investisiya olmaqla 15,3 milyard dollar sərmayə yatırılıb.

Bu  barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Ümumilikdə isə müstəqillik illərində investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Ölkənin strateji valyuta ehtiyatları 7,3 faiz artıb. Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8,9 milyard dollar olmaqla, ÜDM-in 19 faizini təşkil edib. Ötən il tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 6,1 milyard dollar, ÜDM-ə nisbəti isə 12,9 faiz olub”, - deyə nazir qeyd edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

13 2019 17:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə