Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubalı məktəblilər polis şöbəsinin qonağı olub

Qubalı məktəblilər polis şöbəsinin qonağı olub

Qubalı məktəblilər rayon polis şöbəsində (RPŞ) polis əməkdaşlarının xidməti ilə tanış olublar.

“Yol polisimizlə bir gün” adlı tədbir çərçivəsində şagirdlər xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlar haqqında məlumatlandırılıb, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışılıb.

Məktəblilərə izah olunub ki, növbətçi hissədə polisə edilən müraciətlərə təxirəsalınmaz və operativ yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür.

Daha sonra məktəblilərlə polislərin söhbəti çay süfrəsi arxasında davam edib.

Bu tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Tədbirin sonunda məktəblilərə polislər tərəfindən hədiyyələr təqdim olunub.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

13 2019 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə