Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron uşaq incəsənət məktəbinin şagirdləri Sumqayıtda hesabat konserti ilə çıxış edib

Abşeron uşaq incəsənət məktəbinin şagirdləri Sumqayıtda hesabat konserti ilə çıxış edib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin kollektivi hesabat konserti ilə çıxış edib.

Konsertdə məktəbin xor kollektivinin ifasında S.Rüstəmovun, E.Sabitoğlunun, İ. Abdullayevin, H.Xanməmmədovun mahnıları səsləndirilib.

Həmçinin nağara sinfinin yetirmələrindən ibarət ansambl “Yallı”, xanəndəlik sinfi şagirdləri “Qarabağ şikəstəsi”, sazçalanlar ansamblı “Azərbaycanım” mahnılarını, solistlər isə F.Əmirovun, P.Çaykovskinin, D.Şostakoviçin, V.Montinin, L.Şittenin əsərlərini ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov dərs ilinin müvəffəqiyyətlə başa çatması münasibətilə şagirdləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

13 2019 16:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə