Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Agentlik: "Yanardağ"da mağaralar, bulaqlar, palçıq vulkanı və pir də var

Agentlik:

İyunun 13-də Dövlət Turizm Agentliyi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna jurnalistlərin media turunu təşkil edib.

Dövlət Turizm Agentliyinin rəsmisi Elşən Mustafayev jurnalistlərə bildirib ki, həm tarix mədəniyyət nümunələrinin, həm də təbiət abidələrinin qorunduğu bir qurum olan "Yanardağ" qoruğu 2007-c ildə Azərbaycan  Prezidentinin  sərəncamına əsasən yaradılıb.

E.Mustafayev qeyd edib ki, qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir: "Turistlər əvvəlcə  "Yanardağ" abidəsini ziyarət edirlər, lakin biz onların turizm maşrutunu genişləndirmək və onları digər məndəni irs nümunələrinə də baxmağa yönləndirmək istəyirik. Qoruq ərazisində qədim paleolit dövrünə aid insan düşərgəsi, qədim mağaralar, palçıq vulkanı, kükürdlü su bulağı kimi abidələrlə yanaşı, Osmanlı əsgərlərinin qazıb istifadə etdikləri səngərlər, kurqanlar da var. Bunlar göstərir ki, bu abidə təkcə təbii irs nümunəsi deyil, həm də Azərbaycanı xarici turistlərə tanıdacaq mədəni nümunədir".

 

“Xalq qəzeti”

13 2019 15:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə