Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulandı. 
Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal enerji və nəqliyyat layihələrinin önəmi vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı məsələlər müzakirə edildi, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminlik bildirildi. 
Görüşdə Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu. 

 

AZƏRTAC

 

 

12 2019 22:51 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə