Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Çin dənizində birgə hərbi təlimlər

Cənubi Çin dənizində birgə hərbi təlimlər

“Reuters” agentliyinin yaydığı məlumata görə, Yaponiya və ABŞ Cənubi Çin dənizində “Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin də qatıldığı birgə hərbi təlimlər keçirirlər.
Bildirilir ki, hərbi təlimlərdə Yaponiya özünümüdafiə qüvvələrinin “İzumo” helikopterdaşıyan gəmisi də iştirak edir. Məlumata  görə, Yaponiyanın “Murasame” və “Akebono” hərbi gəmilərinin də qatıldığı təlimlər birgə hərəkətin idarə edilməsi üzrə aparılır.
Qeyd edilir ki, təlimlərin təşkilinin digər məqsədi Cənub-Şərqi Asiya ölkələri ilə ərazi mübahisələri aparan Çinin Cənubi Çin dənizindəki əraziləri fəal şəkildə mənimsəməsinin qarşısını almaqdır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

12 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə