Ən son xəbərlər
BBC-nin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında üçüncü görüş mümkündür. Bildirilir ki, rəsmi Vaşinqton buna hazırdır.
Mənbə yazır ki, bu barədə ABŞ Prezidentinin müşaviri Con Bolton maliyyə menecerlərinin forumunda deyib: “Üçüncü sammit tam mümkündür. KXDR buna hazır olan kimi, ABŞ da hazır olacaq”.
Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Həmin vaxt Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, ABŞ isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.
2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməmişdi. Sammit nəticəsiz başa çatsa da, liderlər dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə