Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.Pekcan: Türkiyə ticarətdə proteksionizmin əleyhinədir

R.Pekcan: Türkiyə ticarətdə proteksionizmin əleyhinədir

Türkiyənin ticarət naziri Ruhsar Pekcan ölkəsinin beynəlxalq ticarətdə proteksionizmin əleyhinə  olduğunu bildirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyəli nazir Yaponiyada iyunun sonlarında keçiriləcək “Böyük iyirmilər”in sammiti ərəfəsində iqtisadiyyat və maliyyə nazirlərinin Tsukuba şəhərində təşkil olunan iclasında deyib: “Məlumdur ki, bəzi siyasətçilər yaxın perspektivdə daxili bazarı qorumaq üçün proteksionist addımlara əl atmalı olurlar. Lakin bu qəbildən olan tədbirlər qlobal ticarətdə proteksionizmin güclənməsinə, beynəlxalq təchizat şəbəkəsinin pozulmasına və dünya iqtisadi sisteminə etimadın azalmasına səbəb olur”. 
 R.Pekcan həmçinin qeyd edib ki, iqtisadçılar ticarəti haqlı olaraq “dünya iqtisadiyyatının lokomotivi” adlandırırlar. Onun fikrincə, qısa müddətli mənafelər naminə uzunmüddətli perspektilvəri qurban vermək olmaz. 
Nazir hesab edir ki, bir çox böyük dövlətlər arasında son illər üçün səciyyəvi olan məhdudlaşdırıcı tədbirlər və ticarət müharibələri, bütövlükdə, inklüziv və davamlı inkişaf üçün ciddi təhlükəyə çevrilib. O vurğulayıb ki, beynəlxalq səviyyədə qəbul olunmuş ümumi qaydalar əsasında açıq və azad ticarət sisteminin təmin olunması  bütün dövlətlərin və xalqların mənafelərinə cavab verə bilər. 
Qlobal ticarətdə proteksionizmin yolverilməz olduğu ilə bağlı mövzunun “Böyük iyirmilər”in sammitində dövlət başçıları tərəfindən ciddi geniş müzakirə olunacağı gözlənilir. 
Yeri gəlmişkən, son vaxtlar ABŞ və Çin arasında gömrük rüsumlarının qarşılıqlı surətdə artırılması ilə bağlı ciddi mübahisələr yaranıb. Bir müddət  ABŞ Çindən idxal olunacaq 200 milyard dollarlıq məhsullara rüsumları 10 faizdən 25 faizə qədər artırıb. Prezident Donald Tramp Çindən gətirilən digər məhsulların rüsumlarının artırılması prosesinə başlamaq barədə də göstəriş verib.

M.HACIXANLI, “Xalq qəzeti” 

12 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə