Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boris Conson seçki kampaniyasına başlayıb

Boris Conson seçki kampaniyasına başlayıb

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri və Birləşmiş Krallığın baş naziri postu uğrunda seçki kampaniyasına başlayıb. Dünən özünün proqramı ilə bağlı çıxış edən siyasətçi bildirib ki, ölkə oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək. Məlumatı TASS verib. 

“Üç il və iki boşa ötürülmüş müddətdən sonra biz oktyabrın 31-də Aİ-ni tərk etməliyik, -- deyə Tereza Meyi partiya lideri və hökumət başçısı vəzifələrində əvəz etməyə ən real namizəd Conson bildirib. --  Bu ölkəni və bu cəmiyyəti birləşdirməyin vaxtı çatıb. Bu isə Avropa İttifaqını tərk edəndən sonra mümkün olacaq”.  
Bununla yanaşı, sabiq nazir qeyd edib ki, razılaşmasız “Brexit” məqbul variant deyil, ancaq hadisələrin bu şəkildə inkişafına da hazır olmaq lazımdır. “Mən razılaşmasız bir nəticəyə varmaq haqqında düşünmürəm. Hesab etmirəm ki, hər şey məhz belə başa çatacaq. Ancaq bu varianta da hazır olmalıyıq. Aİ-dən razılaşmasız çıxmaq sonuncu addım olacaq”.
Siyasətçi deyib ki, şübhə və fikir ayrılıqlarına son qoymaq lazımdır. “Bizi zəiflədən bu qeyri-müəyyənlik aradan qaldırılmalıdır. Buna qarşı aydınlıq və qətiyyət qoyulmalıdır. Ona görə də hesab edirəm ki, bu ölkəni irəli aparmaq üçün mən ən düzgün adamam”. 
Qeyd edək ki, yeni baş nazirin adı iyulun axırına qədər məlum olmalıdır. Hazırda Meyi əvəz etmək üçün 10 namizəd mübarizə aparır. Bunların arasında xarici işlər naziri Ceremi Xant, beynəlxalq inkişaf məsələləri üzrə nazir Rori Stüart, sabiq əmək və pensiya məsələləri üzrə nazir Ester Makvey, “Brexit” üzrə sabiq nazir Dominik Raab, İcmalar Palatasının sabiq lideri Andrea Linds, ətraf mühit, ərzaq və kənd təsərrüfatının inkişafı naziri Maykl Qouv, DİN başçısı Sacid Cavid və maliyyə nazirinin sabiq müavini Mark Xarperin adları çəkilir. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

12 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə