Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya və ABŞ danışıqları davam etdirirlər

Yaponiya və ABŞ danışıqları davam etdirirlər

“Euronews” agentliyinin yaydığı məlumata görə, Yaponiya və ABŞ rəsmiləri ticarət razılaşması ilə bağlı irəliləyişə nail olmaq üçün Vaşinqtonda görüşüblər.
Görüşdə Yaponiyanın Kənd Təsərrüfatı və Sənaye nazirliklərinin nümayəndələri iştirak ediblər. Bildirilir ki, gündəlikdə duran əsas məsələ kənd təsərrüfatı məhsulları və avtomobillərlə bağlı tariflər olub.
Yaponiya ABŞ-ın avtomobil və digər məhsullarla əlaqədar tariflərin endirilməsinin vacibliyini qeyd edib. Rəsmi Vaşinqton isə bunun müqabilində Yaponiyanın kənd təsərrüfatı rüsumlarını endirməsini istəyib.
Bununla yanaşı, Yaponiya öz bazarlarını ABŞ-ın çıxdığı Trans-Sakit okean Tərəfdaşlığı (TPP) və ya azad ticarət barədə razılaşmada nəzərdə tutulduğundan artıq açmaq istəmədiyini açıqlayıb.
Qeyd edək ki, işçi müzakirələrdən sonra iyunun 13-də Vaşinqtonda danışıqlar daha yüksək səviyyədə davam etdiriləcək. Həmin danışıqlarda Yaponiyanın iqtisadi bərpa naziri Toşimitsu Moteqi və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer iştirak edəcəklər. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 2019 22:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə