Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dörd ayda vergi daxilolmaları 9 faizdən çox artıb

Dörd ayda vergi daxilolmaları 9 faizdən çox artıb

Yanvar-aprel aylarında vergi daxilolmalarında ötən ilin eyni dövrü ilə müqayisədə 9 faizdən çox artım olub.

Bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, vergi proqnozu 111,7 faiz icra olunub. Müsbət meyillərdən biri odur ki, qeyri-neft sektorundan daxilolmalarda 18 faizdən çox artım qeydə alınıb, 116 faiz proqnoz icra olunub. Vergi daxilolmalarında artım tempi qeyri-neft sektorundakı ÜDM-in nominal artım tempini 2 dəfə üstələyib. Dörd ayda vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 faizdən 67 faizə yüksəlib. Müsbət trendlərdən biri də qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 22 faizdən çox artmasıdır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 17:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə