Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz” bu il “ASAN xidmət” vasitəsilə 136 minədək istehlakçıya xidmət göstərib

“Azəriqaz” bu il “ASAN xidmət” vasitəsilə 136 minədək istehlakçıya xidmət göstərib

“Azəriqaz” İstehsalat Birliyi (İB) cari ildə “ASAN xidmət” vasitəsilə 135 min 836 istehlakçıya xidmət göstərib.

Birlikdən bildirilib ki, “Azəriqaz” bu ilin yanvar-may aylarında Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Beş ayda Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 135 min 836 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 17:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə