Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimpaşa Məmmədov: “Azərbaycan vətəndaşının maraqları cənab Prezident üçün hər şeydən üstündür”

Alimpaşa Məmmədov: “Azərbaycan vətəndaşının maraqları cənab Prezident üçün hər şeydən üstündür”

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov elə bir gün yoxdur ki, rayonun müxtəlif kənd və qəsəbələrində olmasın, sakinlərlərlə görüşməsin, onların problemlərini dinləməsin.

Müxtəlif qəbullarda, görüşlərdə əhalinin qaldırdığı məsələlərin operativ şəkildə həll olunmasının nəticəsidir ki, adamlar öz istək və problemlərini dilə gətirir, rayon rəhbərinə istədikləri məsələni heç bir maneə olmadan çatdıra bilirlər..

Rayon rəhbərinin bu dəfəki görüşü Düzqışlaq kənd sakinləri ilə oldu. İcra hakimiyyətinin başçısını kənd ağsaqqalları və gənclər çox səmimi qarşıladılar.

Fərdi qəbuldan əvvəl kənd sakinləri ilə söhbət edən A.Məmmədov sakinlərlə söhbət edərək, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verdi. Qeyd edildi ki, bu gün əhalinin sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Rayon rəhbəri dedi: « Cənab Prezident İlham Əliyev hər zaman bildirir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları Cənab Prezident üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır. Cənab İlham Əliyev həm də bütün zamanlarda xalqa xidmətlə, xalqa hesabat verməklə nümunə göstərib. Prezidentimizin söylədiyi «Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir» fikirləri sözlə əməlin vəhdət təşkil etdiyini təsdiqləyən real faktdır».

Daha sonra Düzqışlaq sakinlərini fərdi şəkildə qəbul edən rayon icra hakimiyyətinin başçısı  12 nəfər vətəndaşın müraciətini dinlədi.

Sakinlər icra başçısından elektrik dirəklərinin yenilənməsi, su probleminin aradan qaldırılmasını xahiş etdilər.Bır sıra məsələlər elə yerindəcə həllini tapdı. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürüldü.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlıq etdilər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 17:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə