Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-nun İctimai Etimad Şurası imtahan prosesini izləyib

ADNSU-nun İctimai Etimad Şurası imtahan prosesini izləyib

İyunun 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetdə yay imtahan sessiyasının gedişatını izləyiblər.

İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, şura üzvləri – Sahib Məmmədov,  İlham Şaban, Səadət Məmmədova, Məzahir Babayev, Bəhruz Nəzərov, “Azİİ Məzunları” İctimai Birliyinin sədri Hacı Nuran Hüseynov, həmçinin media nümayəndələri imtahan keçirilən auditoriyaları gəzib, müəllim və tələbələrin hazırlığı, həmçinin imtahan üçün yaradılan şəraitlə tanış olublar. İctimai Etimad Şurasının nümayəndələri ADNSU-da imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzinə də baş çəkib, imtahan prosesini izləyərək fikir mübadiləsi aparıblar.

İctimai Etimad Şurasına 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasında bu günədək 13700 tələbə-imtahanın keçirilməsi, həmçinin universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması və s. məsələlərlə bağlı məlumat verilib. Qeyd edilib ki, iyunun 12-də ADNSU-da 22 qrup yazılı, 43 qrup isə yazılı- şifahi imtahan verib.

Sonra İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. Rektor M.Babanlı ADNSU-da gerləşdirilən işlər barədə İctimai Etimad Şurasının üzvlərinə məlumat verib və universitetin respublika ictimaiyyətinin hər bir nümayəndəsi üçün  açıq olduğunu qeyd edib. ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşən şura üzvləri universitetdə yaradılan şəffaf tədris mühitini, tələbələrin biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün ADNSU-da yaradılan şəraiti və imtahana nəzarət prosesini yüksək qiymətləndiriblər.

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

12 2019 17:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə