Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məqalə müsabiqəsinə yekun vurulub

Məqalə müsabiqəsinə yekun vurulub

Sumqayıt şəhər Cümə Məscidi Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq məqalə müsabiqəsi keçirib. 

Müsabiqəyə Şeyxülislam Allahşükür Paşazadənin ölkəmizdə milli-mənəvi dəyərlərin önəmli komponentlərindən olan dövlət-din münasibətlərinin qorunması, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri addımlar atılması, məzhəblərarası təfriqə və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində gördüyü işlərdən bəhs edən məqalələr təqdim olunub. "Mənim tanıdığım Allahşükür Paşazadə" məqaləsinin müəllifi, LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova, "Müqəddəs missiya daşıyıcısı" məqaləsinin müəllifi,  “Xalq qəzeti”nin bölgə müxbiri Əli Nəcəfxanlı, "İslamda ehtiva olunan tolerant ənənələrin təbliğində Şeyxülislam Allahşükür Paşazadənin rolu" məqaləsinin müəllifi, DQİDK-nın əməkdaşı Aqil Əlisoy və "Millətə xidmət örnəyi" məqaləsinin müəllifi,  AJB-nin, AYB-nin üzvü Nazim Əlioğlu müsabiqənin qalibləri elan olunublar.

Qalibləri təbrik edirik. Yaxın günlərdə Sumqayıt şəhər "Cümə" məscidində mükafatlandırma tədbiri keçiriləcəkdir. Qaliblərə pul mükafatı və fəxri diplomlar təqdim ediləcək.

 

Anar TURAN,
“Xalq qəzeti”

12 2019 17:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə