Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda “Şairlər Günü”

Sumqayıtda  “Şairlər Günü”

Azərbaycan Yazıçılar Birliyi, Gənc Şairlər Birliyi, AYB Sumqayıt bölməsi və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər günü qeyd olunub.

Unudulmaz şairlər Əli Kərim və Abdurrəhim Karakoçun xatirəsinə həsr olunan  IX Şairlər günü  Poeziya evində keçirilib. Poeziya evinin direktoru İbrahim İlyaslı  Azərbaycan Türkiyə qardaşlığının, birliyinin qədim köklərə söykəndiyindən danışıb, bu birliyin əbədi və sarsılmaz olduğunu qeyd edib, Türkiyə və Qazaxısatnadan gələn qonaqları ədəbi  ictimaiyyətə təqdim edib.

Milli Məclisin üzvü Qənirə Paşayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna Əli Kərim və Abdurrəhim Karakoç poeziyasının məziyyətlərindən danışıblar. İLESAM başkanı Mehmet Nuri Parmaksız Türkiyə və Azərbaycan arasında yaranmış ədəbi körpünün  Türk dünyası yazarlarının bir-birini tanımasına vəsilə olduğunu söyləyərək, bu gün belə genişmiqyaslı ədəbi əlaqələrin yaranmasının  təqdirəlayiq hal olduğunu söyləyib.  

AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin Prezident İlham Əliyevin ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan söz açaraq bildirib ki, Sumqayıtın 70 illik yubileyi ərəfəsində qardaş Türkiyə və Qazaxısatandan qələm adamlarının şəhərimizə gəlişi sumqayıtlılar üçün üçün ikiqat bayrama çevrilib.

Şairlərdən Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Rəfiqə Şəms, İlter Yeşilay, Turan Düz, Mahmut Özkoca, Ayberek Eyqerek, Evlan Yunus, Günel Eyvazlı  və Nazilə Gültacın oxuduğu şeirlər alqışlarla qarşılanıb.  

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

12 2019 17:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə