Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda kənd təsərrüfatı yarmarkası

Lənkəranda kənd təsərrüfatı yarmarkası

Dünən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə Lənkəran şəhərində kənd təsərrüfatı texnikasının növbəti yarmarkasının açılışı olub. Yarmarkanın keçirilməsində məqsəd Lənkəran və ətraf rayonlarda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaqdır. İki gün davam edəcək yarmarkada çoxlu sayda təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edəcəklər.

Yarmarkanın açılış mərasimində çıxış edən icra başçısı Taleh Qaraşov bildirib ki, hazırda ölkəmizdə kənd təsərrüfatı prioritet sahələrdən birinə çevrilib. Respublikada ərzaq bolluğu yaratmaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı xaricdən idxal hesabına deyil, yerli istehsal hesabına təmin etmək təxirəsalınmaz vəzifə kimi qarşıda durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişafına xüsusi önəm verir. Son illərdə həyata keçirilən aqrar islahatlar, ölkədə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramlarının qəbul edilməsi mühüm addımlardır. Həmin proqramlara uyğun olaraq Lənkəranda da çay, çəltik, sitrus meyvəçiliyi sahələri daha da genişləndirilib, qədim əkinçilik ənənələri bərpa olunub. Məhsuldarlığın artırılmasında, ölkədə ərzaq bolluğu yaradılmasında kənd təsərrüfatının mexanikləşdirilməsinin vacibliyini önə çəkən icra başçısı yerli fermerlərin və təsərrüfat başçılarının təklif olunan texnikalara yaxından maraq göstərəcəklərinə əmin olduğunu  bildirib. 

Yarmarkada Almaniya, İtaliya, Rusiya istehsalı olan 300-ə yaxın müasir kənd təsərrüfatı texnikası nümayiş etdirilir.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

12 2019 16:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə