Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarus Xarici İşlər Nazirliyi: Prezident İlham Əliyev II Avropa Oyunlarının açılışında iştirak etmək üçün Minsk şəhərinə gələcək

Belarus Xarici İşlər Nazirliyi: Prezident İlham Əliyev II Avropa Oyunlarının açılışında iştirak etmək üçün Minsk şəhərinə gələcək

Belarus Xarici İşlər Nazirliyindən BelTA-ya ( Belarus Teleqraf Agentliyi) verilən məlumata görə xarici işlər nazirinin müavini Andrey Dapkyunasın Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovla söhbətində ölkələrarası münasibətlərin mövcud vəziyyəti müzakirə edilib. Bildirilib ki, Minsk Avropa Oyunlarını Bakıdan sonra necə təşkil etməyin məsuliyyətini bilirdi. Ona görə də çox ciddi hazırlıq işləri görülüb.

Nazir müavini qeyd edib ki, Belarusla Azərbaycan təkcə BMT çərçivəsində deyil, eləcə də Qoşulmama Hərəkatında fəal əməkdaşlıq edirlər. “Biz bu ilin oktyabrında Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək Sammitində də fəal iştirak edəcəyik. Ancaq həmin Sammitdən xeyli əvvəl – iyunun 21-də Minskdə II Avropa Oyunlarının açılış mərasimi olacaq və  tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev də iştirak edəcək”.

BelTA əlavə edir ki, II Avropa Oyunlarında  50 dövləti təmsil edən 4 mindən çox idmançı iştirak edəcək. Onlar idmanın 15 növü üzrə yarışlarda medal qazanmağa çalışacaqlar.

12 2019 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə