Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Həmin gün Azərbaycanın sözün əsl mənasında Böyük Qurtuluş günü oldu

Deputat: Həmin gün Azərbaycanın sözün əsl mənasında Böyük Qurtuluş günü oldu

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə Bakıya dönməsəydi, Gəncə hadisələri zamanı qardaş qırğınının qarşısını almasaydı, bu gün Azərbaycanın müstəqilliyi sual altında qalardı. Bu fikri Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.

Deputat bildirib ki, o zaman dahi şəxsiyyət heç bir çətinlikdən qorxmayaraq, həyatını riskə ataraq Gəncəyə getdi. Hadisələrə düzgün və real qiymət verilməsi üçün şəxsən qarşı duran qüvvələrlə görüşdü. Daha sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı çıxış etdi. Həmin çətin və ağır anlarda ümummilli liderin proseslərə müdaxiləsi dərhal öz təsirini göstərməyə başladı və xalqda ölkənin xilas olacağına böyük ümid və inam yaratdı.

Xanlar Fətiyev qeyd edib ki,  26 il bundan qabaq, iyunun 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi isə Azərbaycanın siyasi və ictimai həyatında əsas dönüş nöqtəsi oldu: “Həmin gündən Heydər Əliyev parlamentin rəhbəri statusu ilə ölkədə baş verən prosesləri nəzarətə götürdü və vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını aldı. Dahi şəxsiyyətin üzaqgörən siyasəti və böyük idarəçilik səriştəsi nəticəsində Azərbaycan xaosdan qurtuldu, inkişaf etməyə başladı. Həmin gün Azərbaycanın sözün əsl mənasında Böyük Qurtuluş günü oldu”.

Deputat bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini, xalqımızın tarixini, bu gününü, dünənini özünə qaytardı, inamını artırdı: "Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra qısa bir zaman kəsiyində ölkədə sabitlik bərpa edildi, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən günü-gündən inkişaf etdirilir, gözəlləşir, güclənir. Heydər Əliyevin möhtəşəm Azərbaycan arzuları bu gün reallaşır. Ölkəmiz artıq dünyanın inkişaf etmiş böyük dövlətləri tərəfindən tərəfdaş kimi qəbul olunur. Bu firavan və xoşbəxt həyat üçün 1993-cü ilin iyun ayının 15-də xaos və hərcimərcilikdən, vətəndaş müharibələrindən qurtulan ölkəmiz daim öz ümummilli liderinə minnətdar olacaq, onun əziz xatirəsini çox böyük hörmətlə anacaq”.

12 2019 15:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə