Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ÇÖLÇÜ” filminin yeni mükafatlar çələngi

 “ÇÖLÇÜ” filminin yeni mükafatlar çələngi

Şamil Əliyevin “ÇÖLÇÜ” filmi yeni zirvələri fəth etməkdədir.

Beynəlxalq kino ekspertlərdən ibarət Münsiflər heyəti “Çölçü” filminin 5 (beş) beynəlxalq film festivallarının və Mükafatlarının qalibi elan etmişdir.

Near Nazareth Festival 2019 (İsrail) İyun mövsümünün ƏN YAXŞI AKTYOR HEYƏTİ və REJİSSOR ŞAMİL ƏLİYEV mükafata layiq görülmüşdür. Sertifikatla təsdiq olunur.

Florence Film Awards 2019 (İtaliya) May mövsümünün Ən Yaxşı Bədii Film mükafatına layiq görülmüşdür. Mükafat və qızıl təbəqə ilə örtülmüş heykəl fiqur və sertifikatla təsdiq olunur.

European Screen Awards 2019 (İndoneziya) - Ən Yaxşı Bədii Film kimi dəyərləndirilmişdir. Sertifikatlarla təsdiq olunub.

Oniros Film Awards 2019 May mövsümünün - Ən Yaxşı Bədii Film mükafatına layiq görülmüş və Ən Yaxşı Rejissor kimi FİNALİST statusunu qazanmışdır. Mükafat  və qızıl təbəqə ilə örtülmüş heykəl fiqur və sertifikatla təsdiq olunur.

Mahul Woods International Film Festival 2019 May 2019 (Hindistan) – ƏN YAXŞI BƏDİİ FİLM və ƏN YAXŞI OPERATOR mükafatlarına layiq görülmüşdür. Mükafat  və qızıl təbəqə ilə örtülmüş heykəl fiqur və sertifikatla təsdiq olunur.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 50 beynəlxalq film festivalında iştirak edərək 30-a qədər müxtəlif mükafatlara layiq görülüb. “Çölçü” ümumilikdə bi neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” , “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 13:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə