Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyanın baş naziri İrana səfər edəcək

Yaponiyanın baş naziri İrana səfər edəcək

Yaponiyanın baş naziri Şinzo Abe İrana səfər edəcək.

Səfər çərçivəsində baş nazir İran prezidenti Həsən Ruhani və İranın Ali rəhbəri Əli Xamenei ilə görüşəcək.

Qey edilir ki, bu, 1978-ci ildən bəri Yaponiyanın baş nazirinin İrana ilk səfəridir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixidu Suqanın dediklərinə görə, səfər həmçinin Tokio və Tehran arasında diplomatik əlaqələrin qurulmasının 90 illiyinə həsr olunub.

Ş.Abe bildirib ki, İrana səfər zamanı bu ölkə ilə dostluq əlaqələrini gücləndirməyi planlaşıdırır.

 

“Xalq qəzeti”

12 2019 12:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə