• RUB: 0.0249
  • TRY: 0.2688
  • EUR: 1.9876
  • USD: 1.7000
  • Bakı + 23.8 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Arif Alviyə

Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Arif Alviyə

Hörmətli cənab Alvi!

Pakistan İslam Respublikasının ­Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Pakistan münasibətləri xoş ənənələrə malikdir. Qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənələri bariz şəkildə ifadə edir.
İnanıram ki, strateji tərəfdaşlığımızın qorunub saxlanması və daha da möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə ­davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr 2018-ci il

5 2018 22:13 - MƏKTUBLAR
MƏKTUBLAR
13 Sentyabr 2018 | 20:40
Xalq artisti Arif Məlikova
7 Sentyabr 2018 | 21:00
Azərbaycanın yəhudi icmasına

Ən son xəbərləri səhifəmizdən də izləyin