Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa məhkəməsi ermənilərin bütün cəhdlərinin üstündən xətt çəkdi

Fransa məhkəməsi ermənilərin bütün cəhdlərinin üstündən xətt çəkdi

Bu il iyunun 4-də Fransanın Val-d’Oise departamentinin Serji-Pontuaz İnzibati Məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etməsi son günlər istər Azərbaycanda, istərsə də Ermənistanda ən çox müzakirə olunan məsələlərdəndir. Belə bir qərarın qəbul edilməsi Azərbaycanda, təbii ki, ədalətin təntənəsinə ümidləri artırır. Ermənistanda və separatçı Dağlıq Qarabağda isə qərar, şübhəsiz ki, məyusluq yaradır. 
Bu barədə məsələyə münasibət bildirən sosioloq, sosiologiya üzrə fəlsəfə doktoru, BDU-nun “Sosial iş” kafedrasının müdiri Üzeyir ŞƏFİYEV dedi:
– Sevindirici haldır ki, Fransada Azərbaycana münasibətdə, nəhayət ki, ədalətli bir qərar qəbul olundu. Bu məhkəmə qərarını son illərdə Fransada erməni işğalçıları və separatçılarına vurulan ağır zərbə kimi qiymətləndirirəm. Təsadüfi deyildir ki, məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış “xartiya”nı qeyri-qanuni elan edib, onun heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olduğu bəyan edilib. Bununla yanaşı, Fransa KİV-in verdiyi məlumata görə, Arnuvill merinə qarşı Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə ittiham irəli sürülüb və o, bu maddə ilə təqsirli bilinib.
Bilirik ki, “Dostluq xartiyası” Arnuvill meri Paskal Doll və Azərbaycanın işğal altındakı Xocavənd separatçılarının rəhbəri Mxitar Manqasaryan arasında bağlanmışdı. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Bakıdakı səfirliyinə rəsmi şəkildə etiraz bildirmiş və səfir XİN-ə çağırılmışdı. Bununla da ədalətin bərpası qaçılmaz olmuşdu. 
Hesab edirəm ki, Ermənistan rəhbərliyi separatçı Dağlıq Qarabağ rejiminin dünya ölkələri tərəfindən tanınması üçün ən müxtəlif yollara əl atır. Elə bu cür qardaşlaşma xartiyaları da həmin məqsədə xidmət edir. Ancaq beynəlxalq aləmdə işğalçı və terrorçu kimi tanınan Ermənistanın bu cəhdləri əbəsdir. Bu yolla heç nəyə nail olmaq mümkün deyil. Çünki Azərbaycanın ərazi bütövlüyü beynəlxalq aləm tərəfindən çoxdan tanınıb, bu barədə BMT səviyyəsində qərar qəbul olunub. İndi hansısa “dostluq xartiyaları” ilə bu cür qərarları pozmaq mümkün olmayacaq. 
Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcək. Ona görə də Ermənistan Fransadakı lobbi təşkilatları vasitəsilə münaqişənin həllini uzatmağa mənasız və nəticəsiz cəhdlər göstərməkdən əl çəkməlidir. Son nəticədə işğalçı qüvvələr ölkəmizdən çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

 

Söhbəti yazdı: 
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

12 2019 01:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə