Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqtonda ABŞ-ın Azərbaycan icmasının nümayəndələri ilə görüş olub

Vaşinqtonda ABŞ-ın Azərbaycan icmasının nümayəndələri ilə görüş olub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində paytaxt Vaşinqton və ətraf ştatlarda yaşayan azərbaycanlı icma nümayəndələri ilə görüşüb. 
ABŞ-Azərbaycan Ticarət Palatasında təşkil olunan naharda icma fəalları, eləcə də azərbaycanlı elm və biznes nümayəndələri iştirak ediblər.  
Palatanın icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonağı və icma nümayəndələrini salamlayıb, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə təşkilatın dəvətini qəbul etdiyinə görə minnətdarlığını bildirib. 
Hikmət Hacıyev azərbaycanlı icma nümayəndələri ilə görüşdən, eləcə də ABŞ-da yaşayan soydaşlarımızın Azərbaycanla sıx bağlılıqlarının olduğunu görməkdən məmnunluğunu ifadə edib. Şöbə müdiri bunun Vaşinqtonda və digər ştatlarda fəaliyyət göstərən Azərbaycan məktəbləri və təşkilatlarının fəaliyyəti, eləcə də icmanın aktiv üzvlərinin sosial media üzərində fəaliyyətləri ilə daha qabarıq görünməsinin xüsusi qürurverici hal olduğunu deyib.  
Səfir Elin Süleymanov iki ölkə arasında münasibətlərin inkişafında azərbaycanlı icmanın rolundan bəhs edib. Azərbaycanın bu və ya digər sahədə tanınmasında, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasında ABŞ-da yaşayan soydaşlarımızın əhəmiyyətli rolunun olduğunu bildirib. 
Görüşdə icma nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, irəli sürülmüş təkliflər üzrə müzakirələr aparılıb.      

 

Yusif BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

12 2019 01:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə