Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkənddə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib

Daşkənddə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ölkəmizin ABŞ-dakı ilk səfiri, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Özbəkistanda işgüzar səfərdədir. 
Səfər çərçivəsində Hafiz Paşayev ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyevlə birgə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gələrək ulu öndərin bu binanın qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar. 
Sonra Hafiz Paşayev Mədəniyyət Mərkəzindəki Heydər Əliyev Muzeyi və Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə tanış olub, foyedə mərkəzin Daşkənddə özbək dilində çap etdirdiyi kitablardan ibarət sərgiyə baxıb.  
Qonağa Mədəniyyət Mərkəzinin fəaliyyəti, burada keçirilən tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, mərkəzdə müxtəlif kurs və dərnəklər fəaliyyət göstərir, azərbaycanlıların və digər xalqların uşaqları pulsuz olaraq bu dərnək və kurslarda məşğul olurlar.   
 
 
Qulu KƏNGƏRLİ,
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
12 2019 01:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə