Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayda Azərbaycanın gündəlik neft hasilatı 776 min barrel olub

Mayda Azərbaycanın gündəlik neft hasilatı 776 min barrel olub

Azərbaycan mayda neft hasilatının azaldılması ilə bağlı öhdəliyini tam yerinə yetirib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, respublikada may ayı üzrə sutkalıq neft istehsalı 776 min barrel olub. Bunun 699 min barrelini xam neft, 77 min barrelini kondensat təşkil edib. Gündəlik 494 min barrel xam neft, 75 min barrel kondensat, 14 min barrel neft məhsulları isə ixrac edilib.
Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Cari ilin yanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2  min barrel təşkil edib.
Energetika Nazirliyi may ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulub.

12 2019 01:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə