Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarşılıqlı anlaşma memorandumu imzalanıb

Qarşılıqlı anlaşma memorandumu imzalanıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov, Ukraynadan gələn nümayəndə heyəti, Ukraynanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Qeorgiy Selski və universitetin professor-müəllim heyəti iştirak edib. 

Mərasimi giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova rəhbərlik etdiyi kollektiv barədə qonaqlara ətraflı məlumat verib, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxalq əlaqələri ilə bağlı hədəflərini açıqlayıb. O, AzMİU-nun geniş beynəlxalq əlaqələrinə toxunub, beynəlxalq mübadilə proqramları çərçivəsində Avropa, Asiya universitetləri ilə faydalı əməkdaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycanın dövlət siyasətində təhsilin beynəlxalq inteqrasiyasına xüsusi önəm verilir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib. Proqramın əsas məqsədi rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, “qara qızılın insan kapitalına çevrilməsi”dir.
 AzMİU-da olmasından məmnunluğunu ifadə edən Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov da universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb. 
 Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq AzMİU ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumda birgə proqramlar, seminar, simpozium, konfrans və layihələrin keçirilməsi, müəllim və tələbə mübadilələri, ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.
 İmzalanma mərasimindən sonra qonaqlar AzMİU-nu gəzib, universitetin maddi-texniki bazası, laboratoriya, studiya və tədqiqat mərkəzləri ilə tanış olublar. 

 

“Xalq qəzeti”

 

 

12 2019 01:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə